XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 July 2017 - 17:03

“Ali Baş Komandanın əmrinə hazırıq” –Azərbaycanın mədəniyyət təşkilatlarından etiraz bəyanatı

Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Memarlar İttifaqı Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması, mülki şəxslərin, o cümlədən 2 yaşlı uşağın öldürülməsi ilə bağlı birgə bəyanat yayıblar.

Strateq.az xəbər verir ki, bəyanatda münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistanın hərbi birləşmələrinin uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurduğu və insanlığa qarşı hərbi cinayətləri davam etdirdiyi xüsusi vurğulanıb. 

Bəyanatda qeyd olunub ki, dünya birliyinin Ermənistanın hərəkətlərinə göz yumması beynəlxalq birliyin baş verənlərə laqeydliyi işğalçı ordunun daha azğın davranmasına, mülki əhaliyə qarşı hücumlarını davam etdirməsinə zəmin yaradır:

"Azərbaycan xalqı qüdrətli ordumuz sayəsində gec-tez erməni işğalı altında olan torpaqlarımızı geri qaytaracağına inanır. Respublikamızın mədəniyyət ictimaiyyəti münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti işğalçı Ermənistan ordusunun bu qanlı cinayətləri ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğala son qoyulması ilə bağlı bundan sonra atacağı bütün addımları dəstəkləyir və Ali Baş Komandanın hər əmrinə hazır olduğumuzu bildiririk!”.