XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 17:54

Sirus Təbrizli haqda film – Məşhur YAP-çının həyatı ekranlaşdırılıb

Mərhum publisist-yazar Sirus Təbrizli haqda film çəkilib.

Filmdə Sirus Təbrizlinin həyat yolundan, yaradıcılığından, siyasi fəaliyyətindən bəhs edilir. 

Filmdə S.Təbrizlinin jurnalist fəaliyyəti, 1988-ci ildə başlayan Xalq Hərəkatı zamanı, habelə mərhum prezident Heydər Əliyevin ən yaxın silahdaşlarından biri olaraq YAP-dakı fəaliyyətindən, nazir və deputat olduğu dövrlərdəki gördüyü işlərdən söz açılır.  

Filmdə həmçinin, onun özünün çıxışları, müsahibələri yer alır.  

Qeyd edək ki, filmin ideya müəllifi və ərsəyə gətirəni S.Təbrizlinin qızı Arzu Təbrizlidir. musavat.com