XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 18:25

Prezidentdən SSRİ xalq artistinin 120 illiyi ilə bağlı sərəncam –Nazirlərə tapşırıq verildi

2017-ci ildə Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ xalq artisti, professor Şövkət Həsən qızı Məmmədovanın 120 illiyi tamam olur.

Strateq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev bu gün sərəncam verib.

Sərəncama əsasən, Azərbaycanın çoxəsrlik zəngin musiqi mədəniyyəti xəzinəsinə dəyərli töhfələr vermiş böyük sənətkar Şövkət Məmmədovanın 120 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı qərar verilib: 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Şövkət Məmmədovanın 120 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.