Xalq artisti Brilliant Dadaşova instaqramda erməni musiqiçi Varujan Şahbazyanı tərifləməsinə etiraz edənlərə cavab verib.
O, sosial şəbəkədə rəqs edən videosunu paylaşaraq onu tənqid edənləri “yalançı vətənpərvər” adlandırıb:
“Əziz dostlarım, mənə “qara piar” edən “yalançı vətənpərvərləri” qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki… Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdir. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.
Qafqazinfo