XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 December 2015 - 19:45

Səfir: “Türkiyə əlindən gələni əsirgəməyəcək”

Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun “Günəşli” yatağında baş verən qəzanın faciəli nəticələri ilə bağlı fikirlərini bölüşüb. 

Strateq.az xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında bu faciəni dərin kədərlə qarşıladıqlarını deyib: “Son dərəcə üzüntülü bir hadisədir. Kədərinizi paylaşırıq. Axtarış işləri davam etdirilir. ümid edirəm ki, həyatda qalan qardaşlarımız vardır və onlar da tapılacaq. Bundan sonra Azərbaycan baş verənləri diqqətlə dəyərləndirməlidir. Bilirəm ki, bütün rəsmi qurumlar bu hadisənin araşdırılması üzərində diqqətlə çalışırlar. Təmənnam budur ki, qardaş Azərbaycanda bir daha belə bir hadisə yaşanmasın”. 

İ.A.Coşkun araşdırmalarda azərbaycanlı mütəxəssislərə yardım etmək məsələsinə də toxunub: 
“Bu gün hörmətli Baş nazirimiz də bəyan etdi ki, Türkiyə və Azərbaycanın qardaşlığı qiyamətə qədər sürəcək. Mən də bunu deyim ki, qiyamətə qədər Azərbaycan Türkiyədən bir şey istəyərsə, Türkiyə əlindən gələni əsirgəməyəcək”.