XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

03 Avqust 2017 - 17:16

Səfir:"Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək"

Azərbaycanda İndoneziya mədəniyyətinin və turizminin tanıdılması, təbliği üçün bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

İndoneziyanın Azərbaycandakı səfiri  Husnan Bey Fənani keçirdiyi görüşdə bildirib ki, sentyabrın 9-11 Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.

Diplomat qeyde dib ki, festivalın açılışı Heydər Əliyev adına sarayda baş tutacaq. Festivalda iştirak üçün İndoneziyadan böyük nümayəndə heyəti gələcək. Heyətin tərkibində mədəniyyət və incəsənət nümayəndələri ilə yanaşl, iş adamları da olacaq. "Miss İndoneziya"nın da Azərbaycana gələcəyi gözlənilir.

Səfir bildirib ki, festivalın növbəti günü Dənizkənarı bulvarda "Fun walk" yürüşü olacaq. Hər kəs birlikdə yürüş edib, mahnl oxuyub, rəqs edə biləcək. Səfir Fənani Azərbaycanın da zəngin mədəniyyətə malik olduğunu deyib.

L.Səmla

Strateq.az