Meksika yazıçısı Anxeles Mastrettanın eyni adlı romanı əsasında çəkilmiş “Həyatımı canlandır” filmi Xəzər Universitetində nümayiş olunub.
Meksikanın Azərbaycandakı səfirliyindən Strateq.az-a bildiriblər ki, film rus dilində olan altyazılarla ispan dilində təqdim edilib.
Filmdəki hadisələr Meksikanın Puebla şəhərində, 1930-cu illərdə baş verir. Bu əsər Meksikanın Kinomatoqrafiya Elmi və İncəsənəti Akademiyası tərəfindən “xarici dildə ən yaxşı film” kateqoriyası üzrə 2009-cü ilin “Oskar” mükafatı naminə Meksikanı təmsil etmək üçün seçilmiş və 67 namizəd arasında 9 yarımfınalçıdan biri olub.
Strateq.az