XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 06:36

“Təəssüf ki, seriallardan, filmlərdən təklif almıram” – Xalq artisti

“Təəssüf ki, seriallardan, filmlərdən təklif almıram”.

Bu sözləri Xalq artisti Əjdər Həmidov son vaxtlar televiziya kanallarında görünməməsi haqda Axar.az-a danışarkən deyib.

Aktyor ona heç bir serialdan təklif gəlmədiyini bildirib:

“Seriallar çəkilməyə başlayanda gözlədik ki, təklif gələr, amma heç bir serialdan dəvət gəlmədi. Səbəbini özüm də bilmirəm. Yəqin indi serialların maliyyə durumu yaxşı deyil. Düşünürlər ki, xalq artistidir, buna görə də yüksək qonorar istəyəcək. Doğrusu, dəvət olunsam və yaxşı ssenari olsa, məmnuniyyətlə çəkilərəm”.