XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 09:44

Qadın pop ulduzu Kabulda konsert verdi –Aryana Səid hədələrə baxmayaraq səhnəyə çıxdı +FOTO

Əfqanıstanın pop ulduzu Aryana Səidin paytaxt Kabulda verdiyi konsertdə yüzlərlə gənc kişi və qadın tamaşaçı iştirak edib.

Yerli mühafizəkarların konsert əleyhinə olması və onların hücum hədələrinə baxmayaraq, qadın müğənninin Kabulda konserti baş tutub. Aryana Səidin konserti Əfqanıstan paytaxtında, “Intercontinental Hotel” mehmanxanasında sərt təhlükəsizlik tədbirlərinin görülməsi şəraitində keçib. Konsert ərəfəsində Əryanə Səid, onun geyim üslubu və tamaşalarının əfqan mədəniyyətinə zidd olduğunu deyənlər tərəfindən ölümlə hədələnib.

Kabulda son aylar ərzində silsilə intiharçı hücumlar törədilib.

Ölkənin Müstəqillik Günü bayramına həsr olunmuş konsert tədbiri şənbə günü axşam keçirilib. Aryana Səidin konserti, ilk olaraq  Kabulun Ğazi stadionunda təşkil olunmalı idi. Bu konsertə baha qiymətə 3000-dən artıq biletin satılması tədbirə marağın yüksək olduğunu təsdiqləyib. Rəsmilər stadionda təhlükəsizliyə təminat verə bilməyəcəklərini bildirsələr də, Aryana Səid təslim olmayıb və konserti başqa yerdə keçirmək qərarına gəlib. Müğənni bildirib ki, konsertdən əldə edilən gəlir islamçı silahlıların hücumları nəticəsində həlak olanların ailələrinə çatdırılacaq. (BBC)