XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Avqust 2017 - 18:52

Rusiyanın məşhur teatr direktoru fırıldaqçılıqla bağlı saxlanılıb –FOTO

Rusiyada incəsənət sahəsində senzuranın qəti tənqidçisi olan teatr direktoru fırıldaqçılıqla bağlı şübhəli qismində saxlanılıb.

Kiril Serebrennikov  teatrdakı layihə üçün ayrılmış büdcə vəsaitindən 68 milyon rubl məbləğində pulun  mənimsəməsində şübhəli bilinir. Cənab Serebrennikov incəsənət sahəsində senzuranın qəti tənqidçisidir. Onun Rudolf Nureyevin həyat və yaradıcılığına həsr olunmuş baleti mübahisəli bir şəraitdə tamaşa proqramından çıxarılmışdı.

İyul ayında Böyük Teatr baletin hazır olmadığını elan etdi. Lakin BBC-nin Moskvadakı müxbiri Sara Rainsford deyib ki, bir çoxları baletin mühafizəkar Rusiya üçün həddən ziyadə riskli olduğunu hesab edir. Kiril Serebrennikov büdcə hesabına maliyyələşən “Qoqol Sentr” teatrında direktor vəzifəsini tutur. O, may ayında mənzilinə baş çəkən polis tərəfindən dindirilməyə aparılıb.

Həmin günlərdə Qoqol Tsentr mərkəzində axtarış aparılıb və onun mühasibi Nina Maslyayeva saxlanılıb. Ötən ay o, Moskvada keçirilən məhkəməyə çıxarılıb. Hadisə Rusiya incəsənət aləmini sarsıdıb. İnsanlar ehtiyat edirlər ki, bu, Serebrennikovu susdurmaq cəhdi ola bilər. Prezident Vladimir Putin belə iddiaları rədd edib.