XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

03 Sentyabr 2017 - 13:05

Araz Ağalarov tələbələr üçün pul ayırdı –“Müslüm Maqomayev” təqaüdü üçün ərizə qəbulu

Müslüm Maqomayev Mədəni-Musiqi İrsi Fondu 2017-2018-ci tədris ilində dövlət ali musiqi məktəblərinin buraxılış kurslarının tələbələri üçün xüsusi təqaüd proqramı üzrə ərizə qəbuluna başlayıb.


   Fondun saytında yer alan xəbərə görə, Müslüm Maqomayev təqaüdü üçün ərizələr sentyabrın 1-dən oktyabrın 15-dək qəbul olunacaq. İstedadlı tələbələri dəstəkləmək məqsədilə təsis olunmuş təqaüd müsabiqə əsasında təyin edilir. Təqaüdə iddialı tələbələr ixtisas fənləri üzrə yaxşı və əla göstəricilərə malik olmalıdır. Təqaüd 2017-ci il sentyabrın 1-dən 2018-ci il iyunun 30-dək olan dövrü əhatə edir. Tələbələrə sertifikatlar dünya şöhrətli bəstəkar və müğənninin ömür-gün yoldaşı, SSRİ Xalq artisti, professor Tamara Sinyavskayanın ustad dərsində təqdim olunacaq.
   Ərizə qəbulu barədə ətraflı məlumatı linkindən öyrənmək olar.