XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 September 2017 - 14:05

Bakıda “Azərbaycan Şirvanşahlar dövləti” sərgisi açılır –Keyqubad, I Xəlilullah və Fərrux Yasarın silahları nümayiş olunacaq

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinə hazırlıq işləri davam edir.
Muzeydən "mədəniyyət.az"-a bildiriblər ki, sərgiyə hazırlıqla əlaqədar bu müəssisənin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov İstanbul şəhərindəki Hərbi Muzeydə tədqiqatlar aparır.
Muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid nadir eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keyqubad, I Xəlilullah və Fərruh Yasara aid silahlar xüsusi yer tutur. Eyni zamanda dünya muzeylərinin fondlarında Azərbaycana aid qorunan eksponatların müəyyən olunması istiqamətində araşdırmalar davam edir.
Xatırladaq ki, “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinin açılışı bu ilin payızına planlaşdırılır. Sərgidə dövlətin çoxəsrlik tarixi, iqtisadiyyatı, zəngin mədəniyyəti ilə tanış olmağa imkan verən eksponatlar nümayiş olunacaq.