XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 December 2015 - 18:58

Azərbaycan kinosuna ağır itki üz verdi – Tanınmış aktyor vəfat etdi

Azərbaycan kinosunda maraqlı rollar yaratmış tanınmış aktyor Ələsgər Məmmədoğlu dünyasını dəyişib.

Bu barədə Lacin.info -ya mərhum aktyorun qohumları məlumat verib.

Qeyd edək ki, Ə.Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. Ə.Məmmədoğlu bir çox teletamaşalarda, Şair (“Evləri köndələn yar” Anar), Milis (“Yaşıl eynəkli adam” V.Səmədoğlu), Nökər (“Mehmanxana sahibəsi” K.Haldoni), Dəmirqaya “Topal Teymur” H.Cavid), Narsatan (“Qatarda” İ.Məlikzadə), Gümrah (“Alov” M.Hüseyn) kimi obrazlar yaradıb. “Mozalan” satirik kino-jurnalının 20-yə yaxın süjetinə çəkilən Ə.Məmmədoğlu, “ömrun səhifələri” (Ələsgər), “Xoşbəxtlik qayğıları” (Əlövsət), “Bəyin oğurlanması” (Ələsgər), “Tehran -43” (Qulam Rza) və başqa bədii filmlərin də iştirakçısıdır. 2002-ci ildə Ə.Məmmədoğlu Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!