XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 15:04

Prezident Respublika Uşaq Kitabxanası ilə bağlı iki sərəncam verdi

Prezident İlham Əliyev Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının 50 illik yubileyi münasibətilə, Azərbaycanda kitabxana işinin təşkili sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib:

Dadaşova Zahirə Cabir qızı

Qəmbərova Şəhla Əliheydər qızı

Musazadə Rəfiqə Mirzə qızı

Tahirova Nazilə Rəhman qızı.

***

Prezident İlham Əliyevin digər sərəncamı ilə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının bir qrup əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif ediliblər:

Ağamirzəyeva Vəfa Əliağa qızı

Əhmədova Sevil Əliabas qızı

Qafarova Leyla Hacı Ağa qızı

Məmmədli Ruhiyyə Mikayıl qızı.