XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 September 2017 - 18:23

Fransanın məşhur musiqiçisi Bakıya gəlir –Onu Bakı Sinfonik Orkestrı müşayət edəcək

Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində və Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Fransanın Azərbaycandakı səfirliyi və Azərbaycandakı Fransız İnstitutu fransız akkordeon ifaçısı Rişar Qalyanonun eksklüsiv konsertini təşkil edəcək.

Fransanın ölkəmizdəki səfirliyindən Strateq.az saytına bildiriblər ki, oktyabrın 25-də baş tutacaq konsertdə ifaçını Yalçın Adıgözəlovun rəhbərliyi altında Bakı Sinfonik Orkestrı müşayət edəcək.

Akkordeonist,  bandoneonist və bəstəkar Rişar Qalyano (Richard Galliano)  istənilən musiqi janrlarında ifa edir. O, bu gün üçün “Deutsche Grammophone”  adını daşıyan nüfuzlu alman disk yazma şirkəti ilə əməkdaşlıq edən yeganə akkordeonistdir.  4 yaşından etibarən  akkordeonist və professor olan atası Lusyen Qalyano ilə birgə musiqi dərsləri alır, sonradan isə Nis şəhərində yerləşən Konservatoriyanın tələbəsi olur.  Rişar Qalyano 50-dən artıq disk buraxıb və böyük sayda musiqiçilərlə əməkdaşlıq edib.

Strateq.az