XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2017 - 15:15

Bakıda Koreya Mədəniyyət Festivalı keçirilib –Koreya musiqi alətində muğam ifa edilib

Azərbaycan ilə Cənubi Koreya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “ARİRANQ – Azərbaycanın qəlbini coşdur” Koreya Mədəniyyət Festivalı keçirilib.

Strateq.az xəbər verir ki, Heydər Əliyev Sarayında baş tutan tədbirdə əvvəlcə qonaqlar Sarayın foyesində iki ölkə əlaqələrinə həsr edilmiş sərgi ilə tanış olub. Qədim saray ənənəsindən zadəgan mədəniyyətinə, zərif və çoxçeşidli Koreya yaşam tərzini gözlər önünə sərgiləyən konsert Koreya milli rəqsi ilə başlayıb. Proqram boyunca tamaşaçılara Koreya mili geyimlərindən ibarət moda nümayişi, milli musiqi və rəqslər, ritm alətlərində həzin sədalar təqdim edilib. Daha sonra Dünya Taekvando Akademiyasının "Kukkiwon" taekvando nümayişi qrupu dinamik və rəngarəng hərəkətlərlə çıxış edib. Taekvando hərəkətlərinin qrupla nümayişi, özünümüdafiə, kyokpa (lövhəqırma), eləcə də digər dinamik və rəngarəng hərəkətlər qonaqlar tərəfindən ayaq üstə alqışlanıb. Daha sonra Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu və xanımı Koreya milli geyimində tamaşaçılarla salamlaşıb. Tədbirin Cənubi Koreya səfirliyi və "Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası" (SEBA) İctimai Birliyi tərəfindən birgə təşkil olunduğunu vurğulayıb: “Bu möhtəşəm mədəniyyət tədbirinin keçirilməsindən məmnunam. Bugünki tədbirə Koreyanın ən yaxşı incəsənət ustalarından ibarət Milli Mədəniyyət Qrupu və taekvandonun ən ali qrumu olan Dünya Taekvando Mərkəzinin Taekvando Nümayiş Qrupunu dəvət etdiyimiz üçün sevinirəm. Şadam ki, Koreyanın ruh və adət-ənənələrini əks etdirən milli geyim -“Hombok”dan ibarət moda nümayişi də proqramda yer alır. Bu gün Azərbaycan milli musiqisi olan muğamla Koreyanın qayaqqım alətində ifanın birlikdə səslənməsi xalqlarımızın ortaq mədəni köklərini tapmaqda kömək edəcək, eyni Altay dil qrupuna mənsub qardaş dövlətlər olaraq bu möhkəm bağlılığımızı bir daha hiss etməmizə səbəb olacaq”.

Sonda Kori qrupunun ritmik Panqut ifası ilə başlayaraq Hannuri Rəqs Ansamblının nağara, qaval rəqsi ilə müşayiət olunan səhnə və taekvando ustalarının ölkə bayraqları ilə nümayişləri mədəniyyət tədbirini yekunlaşdırıb.

 L.SƏMLA

 Strateq.az