XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 11:41

Fuad Poladov ağır xəstəliyə tutulub –Xalq artisti danışa bilmir + Açıqlama

Azərbaycanın xalq artisti Fuad Poladov xərçəng xəstəliyinə tutulub. 

Strateq.az APA TV-yə istinadən xəbər verir ki, tanınmış aktyor hazırda Milli Onkologiya Mərkəzində müalicə olunur.

Səhhətində ciddi problemlər olan Fuad Poladov bu səbəbdən Səməd Vurğun adına Rus Dram Teatrında yeni mövsümün açılışında iştirak edə bilməyib. Teatr yeni mövsümü Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşa ilə açıb. Fuad Poladov həmin gün açılışa gəlməli olsa da, həkim icazə verməyib. Xalq artistinin qırtlaq xərçəngindən əziyyət çəkdiyi bildirilir. Fuad Poladov artıq bir müddətdir ki, danışa bilmir.

Fuad Poladov ağır xəstəliyi səbəbilə yanvar ayından səhnəyə çıxmır. Onun durumunun hansı ağırlıqda olduğu bəlli deyil. Xalq artistinin ciddi müalicəyə ehtiyacı olduğu bildirilir, bu müalicə üçün isə külli miqdarda vəsait tələb olunur.

*****

“Artıq üç aydır mənə ağciyər xərçəngi diaqnozu qoyulub. Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”.

Bunu APA-ya açıqlamasında xalq artisti Fuad Poladov deyib.

Onun sözlərinə görə, hazırda müalicəsi davam edir: “Mütəmadi müalicə alıram. Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Ümid edirəm ki, tezliklə sağalacağam. Xarici ölkədə müalicə almaq fikrim yoxdur. Çünki mənə dedilər ki, dünyanın ən gözəl həkimləri və avadanlıqları bizim Milli Onkologiya Mərkəzində var. Öz həkimlərimizə inanıram".