Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Zeynalova Əfşan Qeysər qızı tutduğu vəzifədən azad olunub.
Bu barədə Strateq.az-a adıçəkilən qurumdan məlumat verilib.
Məlumatda bildirilib ki, idarənin tabeliyində olan musiqi məktəblərində yeni 2017-2018-ci tədris ilində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri aparılır.