XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 12:18

UNESCO 2016-cı ili “Nəsimi və Vaqif ili” elan edə bilər – Nazirlik

unesco.jpg

2016-cı ildə UNESCO-nun xətti ilə Azərbaycan klassik ədəbiyyatının iki görkəmli nümayəndəsi İmadəddin Nəsimi və Molla Pənah Vaqif ili elan edilə bilər.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, UNESCO-nun xətti ilə hər iki qüdrətli söz xiridarının anılması Azərbaycan üçün mühüm hadisə ola bilər.

UNESCO-da, həmçinin almanların ilk dəfə Azərbaycana köçürülməsinin ildönümünün də qeyd ediləcəyi gözlənilir. Hər üç təklif 2016-cı ildə UNESCO-ya təqdim ediləcək.