XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Oktyabr 2017 - 15:07

Məşhur rejissor:"Azərbaycan kinosunu, teatrını Elməddindən xilas etmək lazımdır" + VİDEO

"Mən həmişə demişəm ki, Elməddindən Azərbaycan kinosunu, teatrını xilas etmək lazımdır".

Bu sözləri ARB TV-nin “Səhər-səhər” proqramına qonaq olan aktyor, rejissor Şeyx Əbdül Mahmudov söyləyib.

“Elməddin xeyirxah oğlandır, getsin menecerlik eləsin. Bunu mən deyirəm, Şeyx Əbdül Mahmudov deyir. Tamaşaçını o günə biz gətirmişik ki, onlara baxır. Tamaşaçıya alternativ sənət əsəri göstərsək, ona baxmaz. Cavanlara həmişə yaşıl işıq yandırmalıyıq. Şərait olmasa, içindən yaxşısını, pisini seçə bilməyəcəyik.

Amma 2 şərt olmalıdır.

Birincisi yüksək səviyyədə peşəkarlıq formalaşmalıdır, ikincisi də ciddi nəzarət ortaya qoyulmalıdır. Yoxsa istedadlı bir gənc utancaqlıqdan çəkilir qalır qıraqda.

Vaxtı ilə gecə-gündüz Alim Qasımovun üstünə tökülmüşdülər. İndi bütün dünya Alim Qasımovla fəxr edir. Elməddinin özünə də demişəm. Demişəm ki, oğul, sən Gəncə teatrından keçmisən. Teatrın ən yaxşı vaxtında Elməddin yaradıcı heyətinin içində olub.

Sadəcə olaraq bu adam aktyorluq üçün, kino sənəti üçün yarayan adam deyil. Bu adama bu istedad verilməyib. Onun çox yaxşı təşkilatçılıq qabiliyyəti var. O sahədə onun gördüyü işlər əvəzsizdi. Bu işlə də davam etsin” Ə.Mahmudov bildirib/Kult.az.