XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2017 - 22:14

Armen Ciqarxanyan:"Bakıya çağırsalar, məmnuniyyətlə gedərəm...”

“Əgər sabah məni Bakıya çağırsalar, məmnuniyyətlə gedərəm. Buna görə kimsə güləcək, kimsə ağlayacaq və bizim daxilimizdə insaniyyət tərpənəcək”.

Strateq.az  bildirir ki, bu sözləri Moskvadakı erməni müzeyinə verdiyi müsahibəsində SSRİ xalq artisti Armen Ciqarxanyan deyib. A.Ciqarxanyan bildirib ki, ermənilər Türkiyə və Azərbaycanla bir məkanda yaşayırlar: “Bu faktı heç bir şeylə dəyişmək olmaz. Ya da gəlin hamımız çıxıb Argentinaya gedək və orada yaşayaq! Amma təbiət bizə bu imkanı verməyib”.

 Onun sözlərinə görə, Bakıda  səfərdə çox olub. Qastrollarda çıxış edib, filmlərə çəkilib: “Mənə orada olmaq çox xoş idi. Bizim üçün əsas olan sülhdür və bunu istəməliyik”.