XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Oktyabr 2017 - 14:51

Nazir direktor və baş rejissoru işdən çıxardı –"Yuğ”da dəyişiklik

"Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir".

Bu barədə Strateq.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazir Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, respublika teatrlarında kadr dəyişikliyi aparılıb:

"Əmrə əsasən, "Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad edilib. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə "Yuğ” Dövlət Teatrının baş rejissoru təyin olunub. 

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə "Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib".