XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2017 - 17:12

Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib –Təqdimat

"Yuğ" Dövlət Teatrının yeni baş rejissoru Mehriban Ələkbərzadə Teatrın kollektivinə təqdim olunub.

Bu barədə "Report"a M.Ələkbərzadə özü məlumat verib.

Onu kollektivə mədəniyyət və turizm nazrinin müavini Ədalət Vəliyev təqdim edib.

Yeni baş rejissor artıq fəaliyyətə başlayıb.

M.Ələkbərzadə Teatrda hansı dəyişikliklər aparacağını açıqlamayıb.

Qeyd edək ki, bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmrlərinə əsasən, “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov tutduğu vəzifələrdən azad ediliblər. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib. Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə olunub.