XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 19:23

Bakıda Avropa İttifaqının nümayəndəliyi mətbuat konfransı keçirib  –FOTO

“Roma Müqaviləsi”nin 60 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Aİ-na üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş  səfirlikləri, həmçinin, İsveçrə, Norveç, Peru, İsrail, Meksika, Argentina, Kuba və Braziliyanın səfirlikləri ilə birgə təşkil edilmiş IMAGINE Avropa Tolerantlıq Festivalınının açılışı ilə bağlı mətbuat konfransı keçirib.

Strateq.az xəbər verir ki, Aİ-nin ölkəmizdəki nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis festivalın açılışına 12 oktyabrda start verildiyini xatırladıb, festivalın məqsədi və proqramı barədə məlumat verib. Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxışında deyib ki, Bakı 12-20 oktyabr tarixlərində tolerantlığın paytaxtına çevriləcək: “İMAGİNE Avropa Tolerantlıq Festivalı üçünçü ölkədə Aİ tərəfindən dəstəklənən və təşkil olunan ilk festival olacaq. Tolerantlıq Günlərində gəlib mənə qoşulun”.  Daha sonra festivalda iştirak edən filmlərin rejissorları çəkdikləri filmlərin məzmunu barədə qısa məlumat verdi.  Tədbirə qatılan müxtəlif ölkələrin təmsilçiləri qısa təqdimatla çıxış etdilər. Belçikadan gəlmiş rejissor Bakının gözəlliyinə heyran olduğunu və onu yaşadığı Antverpen şəhəri ilə müayisə etdi: “Bakıya məhz Antverpendə çəkilmiş "Həyat üçün ölmək" filmi ilə gəlmişik. Bu filmdə Suriya və İraqda davam edən müharibənin dəhşətindən qaçıb Avropaya sığınan insanların həyatından bəhs edir. Antverpen keçələrində dolaşan uzunsaqqallı və qapalı insanlar yerli sakinlərdə təşviş yaradır. Hansı ki, əslində bu belə deyil”. 

Oktyabr ayının 12-dən 20-ə qədər Bakıda keçiriləcək və bir çox müxtəlif tədbirləri özündə birləşdirəcək festivalda musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri, foto və video müsabiqəsi, incəsənət sərgiləri nümayiş olunacaq. IMAGINE çərçivəsində bir sıra tanınmış rejissorlar, musiqiçilər və digər sənətkarların iştirakı gözlənilir. Festival günləridnə 34 film nümayiş olunacaq.

Strateq.az