XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

20 Oktyabr 2017 - 12:27

Bakıda keçirilən Avropa Tolerantlıq Festivalı bu gün başa çatır –Sonuncu film nümayiş olunacaq

 

Roma Müqaviləsinin 60 illik yubileyi münasibəti ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkil etdiyi IMAGINE Avropa Tolerantlıq Festivalı davam edir.

Strateq.az xəbər verir ki, Festival çərçivəsində latviyalı kino rejissor İnara Kolmanenin 2015-ci ildə çəkdiyi "Ruch and Noire" ("Ruç və Nuar")  sənədli filmi nümayiş olunub.  Filmin nümayişindən əvvəl Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs tamaşaçılara festival barədə məlumat verib, Azərbaycanın tolerant bir ölkə olduğunu vurğulayıb. Daha sonra filmin süjeti barədə qısa açıqlama verən səfir bildirib ki, filmin əsas qəhrəmanı yaponiyalı gənc tələbə Norie Tsuruta unudulmuş Suiti mədəniyyətində çox maraq göstərir və antropologiya üzrə magistr dissertasiyasınü müdafiə etmək üçün Latviyaya gəlir.  İki il latviyalı tənha qadın Ruçla yaxın dostluq edir. Öz ölkəsinə dönən Nuar yaxınlarına Latviya barədə məlumatlar verir, bir müddət sonra isə yenidən Latviyaya, Ruçun evinə qayıdır.

Filmin sonunda rejissor İ.Kolmane tamaşaçılarla müzakirə zamanı bildirib ki, filmdə Nuarın dostu rolunu oynayan tərəf  müqabili ilə evlənib, onların bir oğlu var. Bir müddət əvvəl isə o, ailə üzvləri ilə Latviyaya qonaq gəlib, olduğu yerlərlə onları tanış edib. Daha sonra latviyalı rejissor tamaşaçıların suallarını cavablandırıb.

Xatırladaq ki, 12 oktyabrdan start götürən tolerantlıq festival bu gün Argentina istehsalı olan "Beirut Buenos Aires Beirut" səndəli filmi ilə bağlanacaq. Festival çərçivəsində tamaşaçılar 20-yə yaxın ölkənin 40-dən çox film və səndəli filmi izləmək imkanı əldə edib.

Strateq.az