XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 20:40

Məşhur sovet aktrisası:“Oğlum institutda İlham Əliyevin ən yaxşı tələbəsi olub” – FOTO

Məşhur sovet aktrisası Natalya Seleznyova “Vesti Qafqaza” qəzetinə verdiyi müsahibəsində Azərbaycanla bağlı maraqlı açıqlamalar verib.

Strateq.az bildirir ki, aktrisa Azərbaycanı çox sevdiyini deyib və Odlar Yurdunun həyatının bir hissəsi olduğunun vurğulayıb. N.Seleznyova Bakını dünyanın ən gözəl şəhərlərindən biri hesab etdiyini deyib.

Tanınmış aktrisa Azərbaycanın prezidenti İlham Əliyevlə bağlı da maraqlı məlumatı açıqlayıb. O deyib ki, oğlu Yeqor Moskva Beynəlxalq Münasibətlər İnstitutunda oxuyub: “O zaman İlham Heydər oğlu orada kafedra müdiri idi, mühazirə oxuyur, dərs deyirdi. Yeqor onun ən sevimli tələbəsi olub. Oğlum həmçinin etnoqrafdır, Azərbaycana vurğun şəxsdir. Sanki orada anadan olub. Yeqor Yuli Qusmanın Bakıda keçirilən yubleyinə getmişdi. Oğluma çıxış üçün söz verilib və o, Azərbaycan, Bakı haqqında danışıb. Bundan sonra prezident Əliyev onu yanına çağıraraq qonaqlara deyib: "Yeqor mənim fəxrim, ən yaxşı tələbəmdir”. Yeqor cavabında “Mən fəxr edirəm ki, siz məni şagirdiniz hesab edirsiniz. Siz məni ən yaxşı müəllimimsiniz” – deyib”.

Bakıda çoxdan olmadığını deyən aktrisa qeyd edib ki, əgər qastrola gələ bilsə, çox sevinər.

Xatırladaq ki, Rusiyanın 72 yaşlı xalq artisti N. Seleznyova SSRİ-də məşhur olan Qaydayın komediyalarında çəkilib. “"I" əməliyyatı və Şurikin başqa macəraları”, “İvan Vasilyeviç peşəsini dəyişir”, “Ola bilməz” filmləri ona şöhrət gətirib.