XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

30 Oktyabr 2017 - 15:01

Canəli Əkbərovdan qəzəbli açıqlama:“Siyavuş Kərimini həkimə göstərmək lazımdır”

“Siyavuş Kərimini həkimə göstərmək lazımdır. Ağlı olan haqqımda o sözü deməz”.

Bu sözləri xalq artisti Canəli Əkbərov Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kəriminin onun haqqında səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Siyavuş Kəriminin teleqraf.com saytına açıqlama verərkən “Mənə Canəlidən sual vermə, gəlin normal adamlardan danışaq” deməsi iki xalq artisti arasında qalmaqalın yaranmasına səbəb olub. Canəli Əkbərov zamanında konservatoriyada dərs dediyini də xatırladıb: “Mən orda dərs deyəndə Siyavuş Kərimi məzun olmuşdu. Sonra isə özlərinə mafiya düzəldib konservatoriyanı iki yerə böldülər… Zamanında hamısının payını vermişəm. İndi heç nə danışmaq istəmirəm”.