XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 10:30

“Fədayənin həbs olunmasına üzüldüm” –Tacir Şahmalıoğlu həbs edilən müğənnidən danışdı

Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın haqqında səsləndirdiyi fikirlərə görə tənqid olunan həmkarı Tacir Şahmalıoğlu məsələyə yenidən münasibət bildirib.

Strateq.az GoldNews.az -a istinadən xəbər verir ki, o, əslində Fədayənin həbsinə üzüldüyünü qeyd edib:

"Mənim haqqımda mənfi yazanlaradır sözüm. Mən Fədayə haqqında mənfi rəy bildirməmişəm. Saytlar ağızlarına gələni yazıblar. Mən də bir eloğlu kimi, Fədayə xanımın həbs olunmasına üzülənlərdən biriyəm. Allah düyününü açsın".

Ötən gün müğənni Tacir Şahmalıoğlu həbs olunan duet ortağı Fədayə Laçın barədə danışıb.

T.Şahmalıoğlu bildirib ki, F.Laçının bu işlərindən xəbəri olmayıb: “Mən Fədayə Laçınla nə sevgili olmuşam, nə də bir şey. Sadəcə, 1998-ci ildən 2002-ci ilə qədər duet ortağı olmuşuq. Onun belə işlərdə əlinin olub-olmadığı barədə nəsə deyə bilməyəcəm. Yəni bu cür işlərlə məşğul olduğunu öncədən bilmirdim. Bu xəbəri media işçilərindən eşitdim. Vallah, başqa nə deyə bilərəm? Həbs olunub. Onun yanına niyə gedim ki?".

Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F. Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı- Astara – Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.