XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 14:40

Prezident İlham Əliyev xalq artistinə “İstiqlal” ordenini təqdim etdi –FOTO

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti, Dövlət Mükafatı Laureatı Rauf Abdullayevə “İstiqlal” ordenini təqdim edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumatı yayıb.

Qeyd edək ki, prezident İlham Əliyev oktyabrın 28-də Rauf Abdullayevin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

R. Abdullayev Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki böyük xidmətlərinə görə təltif edilib.

R. Abdullayev Azərbaycan Dövlət Filarmoniyası simfonik orkestrinin dirijoru, professor, Azərbaycanın xalq artisti, "Dövlət mükafatı" və "Şöhrət" ordeni laureatıdır/APA.