XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

06 Noyabr 2017 - 12:58

Bakıya “Koreya nəfəsi” gəldi –Şaman mərasimi quruldu + FOTOLAR

Koreya və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibəti ilə Koreyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə "Koreyanın Nəfəsi" adlı konsert keçirilib.

Strateq.az xəbər verir ki, konsertdə Koreya milli musiqi alətləri və Koreya milli çalğı alətlərinin ifasında Koreya xalq mahnıları  və milli rəqslər təqdim olunub.

Səfir Kim Çanq-gyu tədbir iştirakçılarını bu möhtəşəm konsertdə görməkdən məmnun olduğunu bildirib: “Koreyadan gələn musiqiçilər Bakının payız gecəsinə rəng qatacaq. Onların gözəl ifalarında Koreyanın ətrini hiss edəcəyinizə ümid edirəm”. Tədbirin bədii hissəsinə ilk olaraq Mun-Qut qrupunun zərb alətlərinin ifasında şux musiqiylə  start verilib. Daha sonra isə Binari (dini nəğmə və şaman mərasimi) musiqisinə yer verilib. Əllərində çəhrayı çiçəklərlə bəzədilmiş yelpikli qızların rəqsi konsertə gözəl rəng qatıb. Samulnori Pan-Qut qrupu Koreya milli musiqi alətlərində Azərbaycanın dövlət himnini səsləndirərkən, tamaşaçılar musiqini ayaq üstə, gurultulu alqışlarla dinləyib. Daha sonra isə “Sarı gəlin” xalq mahnısı ifa olunub.

Xatırladaq ki, səfirlik və SEBA mədəniyyət sahəsində tez-tez müxtəlif tədbirlər həyata keçirir. Birgə əməkdaşlıq sayəsində bu günə kimi bir sıra mədəni, elmi, tibbi, xeyriyyə, təhsil və başqa layihələrin reallaşmasına imza atıb.

SƏMLA