XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Noyabr 2017 - 00:15

“Avroviziya -2018″də hansı ölkələr iştirak edəcək? –Siyahı

"Avroviziya -2018"in Portuqaliyadan olan təşkilatçıları Azərbaycanın da daxil olduğu 42 ölkədən ibarət müsabiqə iştirakçılarının siyahısını açıqlayıb.

Siyahı müsabiqənin rəsmi saytında dərc olunub.

Saytda həmçinin müsabiqənin dəniz balıqqulağını xatırladan loqotipi və "Hamı göyərtəyə!" adlı rəsmi şüarı təqdim edilib.

Müsabiqə 2018-ci ilin mayında Lissabon şəhərində keçiriləcək.

Bütün iştirakçı ölkələr: Avstraliya, Avstriya, Azərbaycan, Albaniya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Gürcüstan, Danimarka, İsrail, İslandiya, İspaniya, İrlandiya, İtaliya, Kipr, Latviya, Litva, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, San-Marino, Serbiya, Sloveniya, Ukrayna, Finlandiya, Fransa, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniya.

Report