XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2017 - 15:55

“Azərbaycan filmləri populyar xarici “online-cinema” platformalarında təqdim olunacaq” –Açıqlama

Azərbaycan filmləri populyar xarici “online-cinema” platformalarında təqdim olunacaq.

Bunu Trend-ə “Myvideo” portalının rəhbəri Əli Əliyev deyib.

Onu sözlərinə görə, bu, dünya kino tamaşaçısına Azərbaycan filmlərini izləməyə imkan verəcək.

Ə.Əliyev vurğulayıb ki, hazırda bütün dünyada televiziya və kino izləmə internet vasitəsilə baş verir: “Azərbaycanda da baş verənlər dünya trendlərinə uyğunlaşır. Bizdə hazırda “Netflix” və “Amazon Prime Video” kimi internet layihələr olmasa da, yaxın beş il ərzində Azərbaycanda belə layihələri reallaşdırmağı nəzərdə tuturuq. Məhz internet milli kino sənayesinə böyük təkan verə bilər, çünki bu seqment iri maliyyə potensialına malikdir”.