XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 10:17

Azərbaycanlı opera ustaları “Böyük Teatr”ın səhnəsində –Məşhur “Traviata” operası oynanılacaq

2018-ci il yanvarın 18-dən 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, yanvarın 19-da və 21-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Jorj Jermon rolunu Əməkdar Artist Elçin Əzizov (bariton) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos” Aleksandr Borodinin “Knyaz İqor” operalarında obrazlar yaradıb.