XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

21 Noyabr 2017 - 12:42

Rasim Balayev Türkiyəyə müalicəyə gedir:"Xərcləri dövlət çəkəcək"

Azərbaycanın xalq artisti Rasim Balayev müalicə olunmaq üçün Türkiyəyə gedəcək.

Bu barədə "Report"a xalq artisti özü məlumat verib.

O, Türkiyəyə noyabrın 22-də yollanacağını, müalicə xərclərinin Azərbaycan dövləti tərəfindən ödəniləcəyini deyib: "İstanbula gedirəm. Xəstəxananın adını hələ bilmirəm. Müalicə müddətində demək olar ki, Bakıda bütün xəstəxanaları gəzmişəm, hara göndərdilər ora da gedirdim".

Qeyd edək ki, R.Balayev şəkər və təzyiq xəstəliklərindən əziyyət çəkir. Onun onurğasında da problem var.