XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2017 - 09:43

“Tbilisidə Dağlıq Qarabağdan olan rəssamların sərgisi şəxsi təşəbbüsdür” –Gürcüstan XİN-dən bəyanat

Tbilisidə Dağlıq Qarabağdan olan rəssamların iştirak etdiyi sərgi şəxsi təşəbbüsdür, onun təşkilində dövlət strukturları iştirak etməyib.

Bu barədə “Gürcüstan – Onlayn”-a Gürcüstanın Xarici İşlər Nazirliyndən bildiriblər.

“Gürcüstan Dağlıq Qarabağı müstəqilliyini tanımır və münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Sərgi şəxsi təşəbbüs əsasında açılıb, onun təşkilinə heç bir dövlət strukturu qoşulmayıb", – Gürcüstan XİN-in məlumatında vurğulanıb.

Məlumata görə, bundan əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin müvafiq dövlət qurumlarına müraciət edərək, Dağlıq Qarabağdan olan 7 rəssamın əl işlərinin nümayiş etdirildiyi "Dirçəliş" adlı sərginin açılışından narahatlıq ifadə edib/APA.