XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

04 Dekabr 2017 - 19:31

Məşhur hind aktyoru Şaşi Kapur vəfat etdi –FOTO

Əfsanəvi hind aktyoru Şaşi Kapur 79 yaşında vəfat edib.

Strateq.az “Indian Express” qəzetinə istinadən xəbər verir ki, Kapur uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, dekabrın 3-də Mumbay xəstəxanasına gətirilib və bu gün orada dünyasını dəyişib.

Ş.Kapur 100-dən artıq filmdə oynayıb.  Şaşi Kapur digər əfsanəvi aktyor Rac Kapurun kiçik qardaşı idi. O, bir sıra məşhur filmlərdə rolları ilə yadda qalıb.