XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2017 - 16:42

“Yuğ” teatrının iki aktyoru işdən getdi:"Teatrda qalmağı uyğun bilməyiblər"

Dövlət "Yuğ” teatrının aktyorları Hikmət Rəhimov və əməkdar artist Rasim Cəfər işdən çıxıblar. 

 Bu barədə APA-ya açıqlamasında teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə məlumat verib.

O bildirib ki, hər iki aktyor teatrdan öz ərizələri əsasında uzaqlaşıb: "Onlar teatrın tamaşalarında və prosesdə iştirak edə bilmirlər. Hikmət Rəhimov və Rasim Cəfərin başqa işləri var, onlar teatrda qalmağı uyğun bilməyiblər. Səbəb yalnız budur”.