XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

15 Dekabr 2017 - 15:41

Türkiyənin “Ayla” filmi “Oskar” siyahısına düşmədi –FOTO

"Oskar"ın "Ən yaxşı xarici film" nominasiyasına namizəd göstərilən "Ayla" qısa siyahısına düşməyib.

Türkiyə mətbuatı xəbər verir ki, "Oskar" mükafatına namizəd olan xarici filmlərin qısa siyahısı açıqlanıb. Türkiyənin real hadisələr əsasında çəkilən iddialı "Ayla" filmi siyahıda yer ala bilməyib. Can Ulkayın rejissoru olan "Ayla" Oskar nominantlarında iştirak edə bilməsə də, Fatih Akının Almaniyanı təmsil etdiyi "Fade" filmi bu siyahıya daxil olub.

Məlumat üçün bildirək ki, bütün "Oskar" namizədləri yanvarın 23-də açıqlanacaq. Oskar mükafatlandırma mərasimi isə martın 4-də təşkil ediləcək

Qısa siyahıya düşməyi bacaran 9 film bunlardır:

Çili, "A Fantastic Woman," Sebastian Lelio

Almaniya, "In the Fade," Fatih Akın

Macarıstan, "On Body and Soul," Ildiko Enyedi

İsrail, "Foxtrot," Samuel Maoz

Livan, "The Insult" Ziad Doeyri

Rusiya, "Loveless," Andrey Zvyagintsev

Seneqal, "Félicité," Alain Gomis

Cənubi Afrika, "The Wound," Con Trenqov

İsveç, "The Square," Ruben Ostland

Publika.az