XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

20 Dekabr 2017 - 15:46

Jirinovski SSR-nin ən məşhur filmini tənqid etdi :“Sərxoşluğu təbliğ edir” - FOTO

Rusiyalı qalmaqallı siyasətçi Vladimir Jirinovski SSRİ-nin ən məşhur filmini sərt tənqid edib.

Strateq.az  bildirir ki,  “Birinci kanal” 31 dekabr günü rejissor Eldar Ryazanovun çəkdiyi “Taleyin istehzası, yaxud həmişə təmizlikdə” (“Ирония судьбы, или с легким паром”) filmini  bayram nümayişi siyahısından çıxarıb. V. Jirinovski bu qərarı alqışlayıb:  “Biz bu qərarı dəstəkləyirik. Çox yaxşı ki, həmin filmi göstərməyəcəklər. Biz əvvələr də bu filmin nümayişinə qarşı olmuşuq. Çünki film sərxoşluğu təbliğ edir”.

“Birinci kanal” son 10 il ərzində ilk dəfədir ki, bayram günü Ryazanovun rejissoru olduğu filmi nümayiş etdirməyəcək.  SSRİ-də bu film çox populyar olub və Yeni il bayramının əsas atributu kimi sayılırdı.