XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2018 - 17:15

Könül Xasıyevadan səhhəti haqda açıqlama:"Xəstəxanada müalicəmə başlanılacaq"

Səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva yanvarın 5-də xəstəxanaya yerləşdiriləcək.

Bunu "Report"a açıqlamasında xalq artisti özü deyib. 

O, hazırda evdə olduğunu bildirib: "Bugün xəstəxanaya gedib analizlər verdim. Cavablar bilinmədən xəstəxanada qalmağımın mənası yoxdur. Sabah cavablar bilinəcək və xəstəxanada müalicəmə başlanılacaq".

Qeyd edək ki, Könül Xasıyeva sinir ağrılarından əziyyət çəkir. O, Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq.