XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

07 Yanvar 2018 - 21:11

“Mahmud hoca” dəfn olundu –Münir Özkül İstanbulda torpağa tapşırıldı - FOTOLAR

Yanvarın 5-də 93 yaşında vəfat edən Türkiyənin məşhur teatr və kino aktyoru Münir Özkul bu gün İstanbulda dəfn edilib.

Aktyor üçün Muhsin Ərtuğrul adında teatrda vida mərasimi təşkil edilib.

Təşvikiyyə məscidində dəfn namazında mədəniyyət və turizm naziri Numan Kurtulmuş, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Akif Həmzəçəbi, millət vəkilləri, sənət dünyasının tanınmış simaları iştirak ediblər. M. Özkul İstanbulun Bakırköy rayonundakı qəbiristanlıqda dəfn edilib. Türkiyənin  tanınmış kino və teatr aktyoru İlyas Salman APA-ya bildirib ki, həyatı da, ölüm ölümü də qəbul etmək məcburiyyətindəyik. İ. Salman böyük sənətkar M. Özkula rəhmət diləyib.

Qeyd edək ki, 15 avqust 1925-ci ildə İstanbulda anadan olan M. Özkul teatrda rol ifa etməyə 1940-cı ildə başlayıb. İlk peşəkar rolunu 1948-ci ildə oynayan M. Özkul  1951-ci ildə ilk dəfə kinoya çəkilib. 200-dən çox filmdə oynayan M. Özkulu Türk tamaşaçısına sevdirən rolları 1975-ci ildə çəkildiyi “Hababam sınıfı” filmindəki Mahmut hoca və eyni ildə çəkilmiş “Bizim ailə” filmindəki Yaşar usta rolları olub. M. Özkula 1999-cu ildə Türkiyənin “Dövlət sənətçisi” fəxri adı verilib. M. Özkul 1977-ci ildə Bakıda keçirilən beynəlxalq film festivalında birincilik mükafatı alıb.