XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 17:23

“Bakı” kinoteatrının sökülməsinə nazirlikdən reaksiya:"Həmin kinoteatr uzun müddət əvvəl özəlləşdirilib"

Mədəniyyət və Turizm Nazirliyi "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Trend-ə deyib ki, "Bakı" kinoteatrı artıq Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində deyil: "Həmin kinoteatr uzun müddət əvvəl özəlləşdirilib".

Qeyd edək ki, "Bakı" kinoteatrının sökülərək onun yerində univermaq tikilməsi ilə bağlı məlumatlar yayılıb.