XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

15 Yanvar 2018 - 15:11

Rəssamlıq Akademiyasında məşhur rumın heykəltəraşının sərgisi açılıb –FOTO

 

15 yanvar – Rumıniya Milli Mədəniyyət Günü ilə bağlı məşhur heykəltaraş Konstantin Brankuzinin “Zaman üzərində tağ” adlı foto-sərgisi təşkil edilib.

Strateq.az saytı xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) təşkil olunan foto-sərgidə heykəltaraşın 25-ə  yaxın əl işi nümayiş olunub. Rumıniyanın ölkəmizdəki səfiri Dan İanku çıxışında bildirib ki, müasir heykəlaraşlığın atası kimi tanınan Konstantin Brankuzinin əl işləri hazırda Nyu-Yorkda Müasir İncəsənət Muzeyində, Parisdə Müasir İncəsənət Milli Muzeyində, Buxarestdə Rumıniya Milli İncəsənət Muzeyində və dünyanın digər böyük sərgi salonlarında sərgilənməkdədir. Heykəltaraşın həyat və yaradıcılığı barədə qısa məlumat verən səfir deyib ki, XX əsr heykəltaraşlığının əsas xadimi və abstract formanın yaradıcısı olan Konstantin Brankuzi hazırda müasir heykəlrataşlığın atası hesab edilir: “Heykəltaraşlıq, rəsm əsəri və qrafika sahəsinə müasir forma anlayışının gətirilməsində onun yaradıcılığının dərin təsiri olub. Onun əsərləri Rumın xalq sənətinin sadəliyi ilə Parisin bədii avanqard atmosferinin zərifliyini özündə birləşdirən formaların eleqantlığı və materiallardan həssaslıqla istifadə edilməsi ilə seçilir”. D.İanku bildirib ki, 15 yanvar tarixi Rumıniya mədəniyyətinin  tarixindəki əhəmiyyətinə görə seçilib. Belə ki, həmin gün dahi Rumın şairi Mihai Eminescu (1850-1889) anadan olub. Onun sözlərinə görə, bu günün qeyd edilməsi Rumıniya mədəniyətinin bütün dünyaya yayılmasına təsir edir, həmçinin dünya xalqları və ölkələri arasında mədəni bağların möhkəmləndirilməsi üçüm dəyərli platforma olmaqla yeni trendlərin inkişaf etdirilməsinə yardım göstərir: “Mədəniyyət bizi bir arada birləşdirən bir gücdür” deyən diplomat həmçinin qeyd edib ki, ADRU ilə Buxarest İncəsənət Univeristeti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. 

 Strateq.az