XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 January 2018 - 13:25

Roya Ayxanla Aygün Bəylər məhkəmədə üz-üzə gəldi –50 minlik qalmaqal

Bu gün Səbail rayon Məhkəməsində müğənni Röya Ayxanın həmkarı Aygün Bəylərə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirilib.

Hakim Zaur Əliyevin icraatında olan prosesdə A.Bəylər və nümayəndəsi məhkəməyə gəlməyib. İclasında anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yaxın günlərdə təyin ediləcək.

R.Ayxan A.Bəylərin "ARB” telekanalında onunla bağlı səsləndirdiyi fikirləri təkzib etməsi və mənəvi ziyana da görə 50 min manat təzminat ödəməsi tələb edilib.

Qeyd edək ki, A.Bəylər ARB-də yayımlanan "Səhər-səhər” verilişində R. Ayxanın sənətinin olmadığını bildirib:

"Hansı sənətdən danışırsan? Məni əsəbiləşdirirsən. Röya hansı sənətlə gəlib? Röyakimilər çoxdu. Elə 80 faizi o gündədir. Mən sənətkaram. Onu xalqın qarşısında bu səviyyədə qaldırmaq ixtiyarın yoxdur. Qıraqdan gələn adam haqqında mənim yanımda sənətdən danışa bilməzsən".

qafqazinfo