XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2018 - 15:41

Məşhur müğənnini oğurlamaq istədilər –Polis bu cəhdin qarşısını aldı

Amerikanın Orlando şəhərində (Florida ştatı) polis məşhur müğənni Lana Del Reyin oğurlanması cəhdinin qarşısını alıb.

Bu barədə yerli polisin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Bildirilir ki, Maykl Hant adlı şəxs müğənnini konsert zamanı oğurlamağı planlaşdırıb. Həmçinin onun üzərində silah olub. Şübhəli şəxs fevralın 2-də Orlandodakı "Amway" mərkəzi yaxınlığında müğənniyə yaxınlaşmazdan öncə saxlanılıb/Report.