XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 Fevral 2018 - 09:58

Türkiyənin məşhur aktyoru Kadır İnanır xəstəxanaya yerləşdirilib –Reanimasiyadadır

Türkiyənin tanınmış aktyoru Kadır İnanır xəstəxanaya yerləşdirilib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, həkimlər aktyorun beyin damarlarında tromp yarandığını bildiriblər.

Təcili cərrahiyyə əməliyyatı olunan K.İnanırın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Həkimlər bildiriblər ki, aktyorun həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü K.İnanır ilk dəfə "Qara gözlüm" filmi ilə məşhurluq qazanıb. O, "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Bir Yudum Sevgi", "Ölüm Yolu, Fırtına", "Elveda Katya", "Emanet", "Kavgamız", "Katırcılar", "Bitirimler Sosyetede" və başqa ekran əsərlərində rol ifa edib. K.İnanır eyni zamanda bir çox seriallarda baş rol oynayıb.