XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 February 2018 - 18:56

Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsinə dəyişiklik oldu –Fərman

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”ni “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 815-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə belə qərar verilib:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 4, maddə 325, № 9, maddə 737; 2007, № 2, maddə 85, № 4, maddə 330; 2008, № 8, maddə 715, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2011, № 2, maddələr 85, 91; 2012, № 7, maddə 684; 2014, № 9, maddə 1056; 2015, № 9, maddələr 985, 996, № 10, maddə 1120; 2016, № 5, maddə 850, № 10, maddə 1646, № 11, maddə 1809; 2017, № 3, maddə 356, № 6, maddə 1084, № 10, maddə 1785) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.19-8-ci bənd əlavə edilsin: “8.19-8. mühafizə olunan mədəni sərvətlərin siyahısını öz rəsmi internet saytında yerləşdirərək, onun mütəmadi yenilənməsini və rəsmi nəşrlərdə dərc olunmasını təmin etmək;”.