XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Fevral 2018 - 16:30

Sven Markvardın “Altar”ı “Kapellhaus”da –Bakıda sərgi

"Goethe İnstitut”unun təşkilatçılığı ilə alman fotoqraf Sven Markvardın Bakıda sərgisi təşkil ediləcək. 

Strateq.az xəbər verir ki, əsasən səhnələşdirilmiş və ağ-qara fotolar çəkən Sven Markvard son illər Berlinin gecə həyatını təsvir edən fotolar çəkməyə başlayıb.

Son on il ərzində Sven Markvard Berlinin gecə həyatının məşhur şəxsiyyətlərini təsvir edən bir fotoqraf kimi beynəlxalq zirvəyə yüksəlib. O, analoq avadanlıqdan istifadə etdiyi öz ağ-qara rəngli portretlərində dostlarını, həmkarlarını və yoldaşlarını təsvir edib.

Fevralın 24-dən martın 6-dək “Kapellhaus”davam edəcək sərgidə fotoqrafın analoq avadanlıqdan istifadə etdiyi ağ-qara və rəngli portretlerini görmək mümkün olacaq. “Altar – audiovizual instalyasiya”  S.Markvardın tanınmış texno-klub fiquru, DJ və musiqi prodüseri Marsel Detmanla birgə baş tutacaq. DJ Marsel Detmanın musiqisi Sven Markvardın dəyişən şəkillərində sürpriz və emosiyalar arasında balans yaradaraq sərginin ziyarətçilərinə Berlinin gecə atmosferini yaşamağa imkan verəcək.  

Strateq.az