XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2018 - 21:39

Tanınmış bəstəkar Tahir Əkbər vəfat etdi

Azərbaycanın tanınmış bəstəkarı, əməkdar incəsənət xadimi Tahir Əkbər vəfat edib.

Strateq.az bildirir ki, bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib.

Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər 2017-ci ilin noyabrında insult keçirərək 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilimişdi. Onun bütün müalicə xərclərini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.

T. Əkbər 1946-cı il yanvarın 20-də anadan olub. Musiqiyə hədsiz həvəsi olduğundan 1960-cı ildə Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsinə daxil olub, 1965-ci ildə isə oranı bitirib.

Həmin ildə Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsinə daxil olub, 1969-cu ildə də musiqişünas kimi təhsilini başa vurub. Tahir Əkbər 1970-ci ildə Muxtar Əşrəfi adına Dəşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə qəbul olub. Burada tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. 1985-ci ildən keçmiş SSRİ Bəstəkarlıq İttifaqının, hazırda isə Azərbaycan Bəstəkarlar Birliyinin üzvü olub. Tahir Əkbər müxtəlif janrlarda – xor musiqisi, simfonik və kamera əsərləri yaradıb. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur.

Allah rəhmət eləsin.