XƏBƏR LENTİ

29 May 2020

Digər Xəbərlər

21 Mart 2018 - 15:54

Martın 21-i Dünya Poeziya Günüdür

Martın 21-i Dünya Poeziya Günüdür.

Azərtac xəbər verir ki, bu əlamətdar günün qeyd olunmasında məqsəd milli, regional və beynəlxalq poetik hərəkata yeni impuls verməkdir. Dünya Poeziya Günü UNESCO tərəfindən 1999-cu ildə təsis edilib.

Azərbaycanda poeziyanın ilk nümunələri şifahi xalq ədəbiyyatı nümunələri olan bayatılar, holavarlar, sayaçı sözləri və digər mövsüm-mərasim nəğmələridir.

Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Vurğun və digər klassik şairlərinin poeziyası hafizələrdə, ürəklərdə yaşayaraq, insanları sevməyə, gələcəyə, həyata səsləyir. Xalqımız öz qüdrətli sənətkarlarının xatirəsini daim uca tutur, onların poeziyasını qoruyaraq nəsildən-nəslə ötürür.